Bakı. Trend:
20 yaşında məcburi şəkildə tərk etdiyim Şuşaya yaşlı vaxtımdaolsa belə, qayıtdığıma çox sevinirəm.
Bunu Trend-ə açıqlamasında Şuşa sakini Rəcəbova Yaxşı deyib.
“Bu gün çox sevincliyəm. Sanki şirin bir yuxunun içindəyəm.Sanki inana bilmirəm. Çox şükürlər olsun.
Bizə o torpaqlarda yaşamağı yenidən bəxş edən hamıya təşəkküredirəm. Allah Prezidentimizi qorusun, şəhidlərimizə rəhmət eləsin,qazilərimizə cansağlığı versin”, - deyə o qeyd edib.
Qeyd edək ki, mayın 14-də Şuşa şəhərinə 38 ailə - 136 nəfərköçürülüb. Beləliklə, indiyədək Şuşa şəhərinə 58 ailənin, yəni 224nəfərin daimi məskunlaşması təmin edilib.