AZ

Uşaqları bu qidalardan uzaq tutun

Ultra emal olunmuş qidalar (çips, soda, fast food, şokolad) uşaqların psixi sağlamlığını riskə ataraq, piylənmə, depressiya və narahatlıq riskini artırır.

Teleqraf.com xəbər verir ki, bu barədə "Daily Mail"-ə britaniyalı həkim və sağlam qidalanma mütəxəssisi Maykl Mosli bildirib.

Ultra emal olunmuş qidalar (UPF) emulqatorlar, qatılaşdırıcılar və süni dadlandırıcıların əlavə edilməsi ilə yüksək təmizlənmiş inqrediyentlərdən fabriklərdə və ya "fast food" müəssisələrində istehsal olunan qidalardır. Bu məhsullarda çox miqdarda karbohidratlar, şəkər və yağlar var.

Mosley izah etdi ki, bu cür qidaların həddindən artıq istehlakı bağırsaq mikrobiomunda arzuolunmaz dəyişikliklərə səbəb ola bilər.

Bağırsaq mikrobiomunda baş verən mənfi dəyişikliklər orqanizmdə təbii antidepresanların, o cümlədən serotonin istehsalının azalmasına gətirib çıxarır. Bu amil psixi pozğunluqların patogenezində də əhəmiyyətlidir.


Müəllif: Pərvin Cəfərova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
teleqraf.com

1Mənbələr