AZ

Ukrayna Rusiya ərazisində yanacaq daşıyan qatarı vurdu...-Yanğın davam edir..

Rusiyanın Volqoqrad vilayətində çənlərdə yanacaq daşıyan yük qatarı relsdən çıxaraq yanıb. Yük qatarının relsdən çıxmasının mümkün səbəbi pilotsuz təyyarənin hücumu olub.
 
Moderator.az xəbər verir ki,  bu haqda Rusiyanın "Baza" telegram-kanalı məlumat yayıb.
 
 Rusiya mətbuatının ilkin məlumatına görə, qatar “kənar şəxslərin müdaxiləsi nəticəsində” relsdən çıxıb.
 
Qəza gecə saat 01:00 radələrində Kotluban stansiyasının yaxınlığında baş verib. Ölən və yaralananlar olmayıb. Təcili xidmətlər yerindədir.
 
"Baza"-nın məlumatına görə, pilotsuz təyyarənin hücumu nəticəsində yanacaq olan iki vaqon yanıb. İlkin məlumatlara görə, bir sistern partlayıb. Bundan sonra yanacaq ətrafa səpələnib və otlar yanıb.
 
Ümumilikdə 9 qatar vaqonu relsdən çıxıb. Hazırda yanğın lokallaşdırılsa da, hələ tam söndürülməyib.
 
S.Laçın
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
295
18
moderator.az

10Mənbələr