AZ

"Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar konstruktiv keçib"

“Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar konstruktiv mühitdə keçib”.

Bunu Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan İrəvanda ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borq ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, proses dəfələrlə qeyd olunan prinsiplərə uyğun davam edir.

Xatırladaq ki, mayın 10-11-də Almatıda Azərbaycan və Ermənistanın XİN rəhbərləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında danışıqlar baş tutub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
sportinfo.az

1Mənbələr