AZ

“Elə eləmək lazımdı ki, Balalarımızın adları əbədiləşsin”- QHT sədri

“Müharibədən sonra analarımızın pisixolojı vəziyyəti çox pis idi. Biz bir yerdə demək olar ki, bu problemin öhdəsindən gələ bildik. Amma sonralar problemlərin olması ailələrə çox çətinliklər yaratdı, çünki ailələrin çox faizi imkansız olduqları üçün məişət, ev, sağlamlıq problemləri böyük çətinliklər yaratdı. Dövlətimiz başda olmaqla bu problemlər tam olmasada, amma çox qismi öz həllini tapırdı”.

Bu fikirləri "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova bildirib. Onun sözlərinə görə, rayonlarda bəzi məmurların öz vəzifəsini yerinə yetirmədiklərinə görə bəzi ailələr çətinliklərlə üzbə üzdü: “Hər bir vəzifədə oturan insan bunu bilməlidi ki, əgər Prezidentimiz İlham Əliyev biz şəhid ailələrinə diqqəti böyükdüsə, hər fürsətdə şəhid, qazi ailələrinə diqqət edirsə və hamının bunu etməsini deyirsə demək hamı bunu etməlidi nə qədər ki,o vəzifədə oturub. Bu çətinlikdən çıxmaq üçün mücadilə aparmaq hamımızın borcudu”.

QHT sədri həmçinin bilidirib ki, bəzi təşkilatlar Şəhid, qazi ailələrinə dəstək oldular, amma sonra bu dəstək özlərinin reklamına və xeyirlərinə etməyə başladılar, bəziləri hətta bu ailələrin vəziyətlərinin pis olmağından istifadə edərək ailələri dövlətə qarşı istifadə etmək istədilər və hələ də etmək istəyirlər: “Bu insanlar başa düşmürlər ki, bizim balalar bu Dövlət, Vətən uğrunda Şəhid olublar və biz bu Dövlətin arxasındayıq. Bizim bir millət olaraq Şəhid ailələrinə dəstəyimiz o olar ki, Şəhidləri unutmayaq, yaşadaq və beləcə Şəhidin ailəsi bununla təsəlisini tapsın. Çünki bir şəhid anası olaraqda deyirəm ki, biz balalarımızı yaşadan hər bir xırda şeydən təsəlli tapırıq. Ona görə də Şəhidlərimizi unutmayaq. Bu gün Şəhidlər üçün tədbirlər hamısı müvəqətidi, elə eləmək lazımdı ki, Balalarımızın adları əbədiləşsin”.

 

Pərvanə Fərhadqızı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
qht.az

1Mənbələr