AZ

Şuşa sakini: Mənə sanki yeni bir həyat bəxş olunub

Bakı, 14 may, AZƏRTAC

Bu gün sevinc içindəyəm. Doğma yurduma qayıdış məni çox sevindirir. Hisslərimi sözlərlə ifadə edə bilmirəm. Həqiqətən, qəribə duyğulardır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Şuşa şəhərinə qayıdan keçmiş məcburi köçkün Telman Rəcəbov deyib.

“Mənə sanki yeni bir həyat bəxş olunub. Xəyallarım həddən artıq çoxdur. İnşallah hər şey daha yaxşı olacaq. Ən böyük arzuma çatmışam. Allah hamını arzusuna çatdırsın. Şəhidlərə rəhmət olsun, Tanrı Azərbaycan Prezidentinə kömək olsun”, - deyə o əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
189
50
azertag.az

10Mənbələr