AZ

Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb (FOTO)

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinənövbəti köç karvanı yola salınıb.

Trend xəbər verir ki, respublikanın müxtəlif ərazilərindəyataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər vəinzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köçkarvanı mayın 14-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.Bu mərhələdə Şuşa şəhərinə 38 ailə - 136 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyiilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsindəməcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlədoğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdanŞuşa şəhəri sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatəolunduqlarına görə Prezident İlham Əliyevə və Birincivitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar,həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli AzərbaycanOrdusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarınıbildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət,ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 58 ailənin, yəni 224nəfərin daimi məskunlaşması təmin edilib.

Şuşa
Şuşa
Şuşa
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
10
az.trend.az

10Mənbələr