AZ

Yolda təsadüfən saxlanılan rusiyalı gəncin maşını narkotik laboratoriyası çıxdı - FOTO

Rusiyada polis təsadüfən saxladığı pikapın narkotik laboratoriyası olduğunu müəyyən edib.

Hadisə Leninqrad vilayətində baş verib.

Məlumata görə, yol polisi əməkdaşları müntəzəm yoxlama üçün saxladıqları avtomobilin 27 yaşlı sürücüsü Vladislav P.-nin nəzərəçarpacaq dərəcədə həyəcanlı olduğunu görüblər və bundan şübhələnərək avtomobili yoxlamaq qərarına gəliblər. Təftiş zamanı polis pikapda çəkisi 70 kiloqramdan çox naməlum mayelərin olduğu 20 qutu və üç çəllək müəyyən edib. Sonradan onların içində mefedronun istehsalı üçün prekursorların olduğu öyrənilib.

Dindirilmə zamanı Vladislavın Xittolovo kəndi yaxınlığında istehsalat tullantılarının saxlanıldığı sahədə anbarı olduğu öyrənilib. O, “Amerikanskaya Derevnya” kottec icmasında bir evdə də laboratoriya təşkil edibmiş. Orada qab-qacaq, reaktor, tərəzi, avadanlıq, qoruyucu maskalar və çəkisi 146 kiloqram olan 35 ədəd hazır mefedron altlığı aşkar edilib.

Vladislava qarşı xüsusilə külli miqdarda narkotik maddələrin hazırlanması maddəsi ilə iş açılıb.

Mənbə: “BAZA” “Telegram” kanalı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
189
7
oxu.az

8Mənbələr