AZ

“Qarabağ”a aid XƏBƏR - Bunun iki səbəbi var

Azərbaycan Premyer Liqasının 34-cü turunun “Araz-Naxçıvan” - “Qarabağ” oyunu “Azersun Arena”da keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bunun iki səbəbi var.

Birincisi, Azərbaycan Kubokunun final oyunu ilə bağlı hazırda “Liv Bona Dea Arena”da işlər aparılır.

Bununla və ölkə çempionatının 2023/24 mövsümünün mükafatlandırma mərasimi ilə əlaqədar olaraq, görüşə “Azersun Arena”nın ev sahibliyi etməsi məqsədəuyğun sayılıb.

Mayın 26-da baş tutacaq qarşılaşmadan sonra mükafatlandırma mərasimi keçiriləcək.

“Azersun Arena”da reallaşacaq tədbirdə qızıl medalçı “Qarabağ”a medallar və çempionluq kuboku təqdim olunacaq. Mərasimdə turnirin bombardiri də öz mükafatını alacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124

1Mənbələr

Şərh ()
Bağla