AZ

Şahruddin bu yay Türkiyə klubundan gedəcək? - AÇIQLADI

Azərbaycan millisinin və “Adana Demirspor”un qolkiperi Şahruddin Məhəmmədəliyev sportal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, mövsümün sonunda Türkiyə klubundan ayrılacağı ilə bağlı iddialara açıqlama gətirib.

Məhəmmədəliyev hələ ki, Superliqadakı qarşıdakı matçlara fokuslandığını və bu haqda sezonun sonunda düşünəcəyini bildirib:

"Mən hazırda yalnız "Adana Demirspor"un heyətində oynayacağım qarşıdakı matçları düşünürəm. Bu oyunlardan sonra necə olacağını da zaman göstərəcək.

Mənim daha bir il qüvvədə olan müqaviləm var. Necə olacağını mövsümü başa çatdıqdan sonra görəcəyik".

Milli komandamızın qapıçısı 2023-cü il sentyabrın 8-də “Adana Demirspor”a keçib və o, 2025-ci il iyunun 30-na qədər bu kluba məxsusdur.

Şahruddin “Şahdağ”, “Sumqayıt” və “Qarabağ”da çıxış edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
213
sportinfo.az

1Mənbələr