AZ

Azərbaycanlı futbolçular Türkiyə I Liqasının pley-off mərhələsində

Azərbaycanlı futbolçular Türkiyə 1-ci Liqasının pley-offuna vəsiqə qazanıblar.

Sportinfo.az xəbər verir ki, Ramil Şeydayev və Vüsal İsgəndərlinin komandaları Superliqaya yüksəlmək uğrunda yarışacaq.

Mövsümü 6-cı pillədə başa vuran Ramilin çıxış etdiyi "Kocaelisor” 5-ci "Çorum”la qarşılaşacaq. Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor” (7-ci yer) isə "Bodrumspor”la (4-cü yer) üz-üzə gələcək.

Dörd klub mübarizəsindən sonra qalib komanda finala yüksələcək. "Sakaryaspor”la (3-cü yer) həlledici görüşdə Superliqaya son vəsiqəni sahibi bəlli olacaq.

"Eyüpspor" və "Göztəpə" Superliqaya birbaşa vəsiqə qazanıb.

Pley-offun ilk oyunları mayın 19-da, cavab görüşləri isə ayın 23-də keçiriləcək.//İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
207

1Mənbələr

Şərh ()
Bağla