AZ

Stoltenberq Ukraynanın bərpasının mənasına şübhə ilə yanaşıb

Əgər Kiyev Rusiya ordusu ilə qarşıdurmada məğlub olarsa, Ukraynanı bərpa etmək üçün səy və pul xərcləmək mənasız olacaq.

APA "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq deyib.

“Ukraynanın bərpasına gəlincə, ilk növbədə onun qalib gəlməsini təmin etməliyik. Əgər Ukrayna qalib gəlməsə, onda bərpa olunacaq heç nə olmayacaq”, - NATO rəhbəri bildirib.

Bundan əvvəl ölkənin Energetika Nazirliyinin rəhbəri German Qaluşenko bəyan etmişdi ki, Ukraynada zədələnmiş enerji infrastrukturu obyektlərini tez bir zamanda bərpa etmək mümkün deyil.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
1
apa.az

2Mənbələr