AZ

Xarkova hücum təhlükəsi varmı? - Açıqlama

“Xarkova hücum təhlükəsi yoxdur”

Teleqraf.com France Press-ə istinadən xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDŞ) katibi Aleksandr Litvinenko bildirib.

"Deyə bilərik ki, Xarkov şəhərinə hər hansı hücum təhlükəsi görmürük", - Litvinenko deyib.

Eyni zamanda o, Xarkov yaxınlığındakı Ukrayna Silahlı Qüvvələrinin çətin vəziyyətdə olduğunu bildirib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı da Xarkov istiqamətində əməliyyat şəraitinin mürəkkəbliyini qeyd edib.

Son bir həftə ərzində Rusiya Federasiyası Silahlı Qüvvələri Xarkov vilayətində 11 yaşayış məntəqəsini nəzarətə götürüb. Onlardan üçü - Pletenevka kəndi, həmçinin Oqurtsovo və Qatişçe kəndləri Volçansk yaxınlığında yerləşir.


Müəllif: Pərvin Cəfərova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
230

1Mənbələr

Şərh ()
Bağla