AZ

Dövlət Departamenti: Azərbaycan və Ermənistanın tez bir zamanda sülh razılaşmasına nail olmasını dəstəkləyirik

Dövlət

Vaşinqton, 14 may, AZƏRTAC

Biz Qazaxıstanın tərəflərin görüşünə ev sahibliyi etmək təklifini alqışlamışdıq.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin AZƏRTAC-ın Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşü ilə bağlı ünvanladığı sorğusuna cavabında deyilir.

Bildirilib ki, Almatı mühüm və rəmzi məkandır. “Daha əvvəl qeyd etdiyimiz kimi, Ermənistan və Azərbaycan arasında indiyədək əldə edilmiş, o cümlədən ikitərəfli münasibətlər sahəsində irəliləyişlər bizi ruhlandırır. Biz tez bir zamanda hər iki ölkənin daha geniş regionun rifahı naminə sülh razılaşmasına nail olmasını dəstəkləyirik”, - deyə Dövlət Departamentinin açıqlamasında vurğulanır.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
1
azertag.az

2Mənbələr