AZ

La Liqa: “Barselona” “Real Sosyedad”ı xalsız yola saldı

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 35-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Barselona” doğma meydanda “Real Sosyedad”la üz-üzə gəlib. Kataloniya təmsilçisi bu oyunda inamlı qələbəyə sevinib.

Beləliklə, 35 turdan sonra 90 xal toplamış və çempionluğu təmin etmiş Madrid “Real”ı vahid liderdir. “Barselona” 76 xalla 2-ci, “Jirona” 75 xalla 3-cü pillədə qərarlaşıb. Madrid “Atletiko”sunun 70, “Atletik”in 62, “Betis”in 55, “Real Sosyedad”ın 54, “Valensiya” və “Vilyarreal”ın 48, “Xetafe”nin 43, “Alaves”in 42, “Sevilya”nın 41, “Osasuna”nın 40, “Las Palmas”ın 37, “Malyorka” və “Rayo Valyekano”nun 35, “Selta”nın 34 xalı var. “Kadis” 29 xalla 18-ci sırada qərarlaşıb. 21 xalla 19-cu olan “Qranada” və 17 xalla sonuncu olan “Almeriya”nın isə La Liqanı tərk edəcəyi dəqiqləşib.

İspaniya, La Liqa
35-ci tur
10 may

Alaves – Jirona 2:2
Qollar: Quridi, 12; 90+9 – E.Qarsiya, 4. Y.Errera, 44.

11 may

Malyorka – Las Palmas 1:0
Qol: C.Qonsales, 29.

Vilyarreal – Sevilya 3:2
Qollar: Sörloot, 30; 90+7. Moskera, 84 – En Nesiri, 26; 44.

Qranada – Real 0:4
Qollar: F.Qarsiya, 38. A.Gülər, 45+2. B.Dias, 49; 58.

Atletik – Osasuna 2:2
Qollar: İ.Uilyams, 58. Vilyalibre, 90+6 – R.Qarsiya, 40; 47.

12 may

Kadis – Xetafe 1:0
Qol: Alkaras, 35-pen.

Atletiko – Selta 1:0
Qol: De Paul, 84.

Valensiya – Rayo Valyekano 0:0

Betis – Almeriya 3:2
Qollar: Fornals, 8. İsko, 28. A.Peres, 64 – Leo Baptistao, 45+1. Romero, 66.

13 may

Barselona – Real Sosyedad 2:0
Qollar: Yamal, 40. Rafinya, 90+3-pen.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
209
23
arena.az

10Mənbələr