AZ

Mariya Zaxarova bu dəfə Rişi Sunaka ilişdi

"Güldürməyin, Rişi, ən yaxşısı gülünc olmayın".

Musavat.com İz.ru saytına istinadən xəbər verir ki, Mariya Zaxarova Böyük Britaniyanın baş naziri Rişi Sunakın Vladimir Putini “nüvə eskalasiyasında” ittiham etdiyi çıxışını belə şərh edib.

“Policy Exchange” analitik mərkəzinin iclasında çıxış edən Sunak bildirib ki, Rusiyanın qaz tədarükünü kəsməsi “insanların həyatına dağıdıcı təsir göstərib və Britaniyanın enerji təhlükəsizliyini təhlükə altına alıb”.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi xatırladıb ki, Avropanın ən böyük atom elektrik stansiyasını - Zaporojye Atom Elektrik Stansiyasını atəşə tutan başqası deyil, Kiyev rejimidir.

Zaxarova daha sonra qeyd edib ki, Rusiya qaz ötürüşünü bir saniyə belə dayandırmayıb. Məhz ABŞ Rusiya Federasiyasından karbohidrogenlərin idxalına qadağa qoyub.

“Əvvəlcə özləri, daha sonra G7 vasitəsilə Aİ-yə Rusiya boru kəməri və maye qazı almaqdan imtina etmək üçün təzyiq göstərməyə başladılar, lakin buna baxmayaraq, Rusiya müqavilə öhdəliklərini 100% yerinə yetirən ən etibarlı təchizatçı olaraq qalır”.

 

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
13
musavat.com

10Mənbələr