AZ

Quterreş Qəzza zolağında BMT-yə məxsus avtomobilə hücumun araşdırılmasına çağırıb - YENİLƏNİB

BMT-nin baş katibi Antoniu Quterreş Qəzza zolağının cənubundakı Rəfah şəhərində təşkilata məxsus avtomobilə hücumun araşdırılmasına çağırıb.

Ednews TASS-a istinadən xəbər verir ki, bunu BMT Baş katibinin sözçünün müavini Fərhan Haq bildirib.

Qeyd edək ki, Qəzza zolağı ilə Misir sərhədində yerləşən “Rəfah” keçid məntəqəsi yaxınlığındakı BMT-yə məxsus avtomobilə hücum nəticəsində qurumun bir əməkdaşı həlak olub, digər işçi isə yaralanıb.

***
Qəzza zolağı ilə Misir sərhədində yerləşən “Rəfah” keçid məntəqəsi yaxınlığındakı hərbi əməliyyatlarda BMT-nin iki əməkdaşı yaralanıb.

Ednews TASS-a istinadən xəbər verir ki, zərərçəkənlərdən birinin vəziyyəti ağırdır.

İsrailin “Kan” radiostansiyasının məlumatına görə, təhlükəsizlik xidmətləri hadisənin baş vermə şəraitini araşdırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
278
11
ednews.net

9Mənbələr