AZ

Zelenskidən Xarkovla bağlı AÇIQLAMA

Ukraynalı hərbçilər Xarkov vilayətinin Rusiya hücumundan müdafiəsində nəticə əldə ediblər.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa axşam müraciətində məlumat verib.

Onun sözlərinə görə, mayın 13-də Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Oleksandr Sırski və Ukraynanın müdafiə naziri Rustem Umerov ona cəbhənin ən qaynar sektorları barədə məruzə ediblər.

"Xarkov vilayətində ukraynalı hərbçilərin əks-hücum hərəkətləri davam edir. Bu istiqamət, o cümlədən Volçansk və sərhədyanı ərazilər gücləndirilib. Ukrayna düşmənin necə hərəkət etdiyini başa düşür və qüvvələrin geri çəkilməsi ilə bağlı plan işləyir. Rusiya diversantlarının Sumı və Çerniqov vilayətlərinə qarşı fəaliyyəti də qeydə alınır", - deyə ölkə başçısı bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
2
publika.az

3Mənbələr