AZ

Qərb bunu Rusiya qanununun analoqu adlandırır...

...12 Avropa ölkəsinin, o cümlədən Çexiya, Almaniya, Fransa, Baltikyanı ölkələr və digərlərinin xarici işlər nazirləri Avropa İttifaqınınXarici İşlər üzrə Ali Nümayəndəsi Xosep Borrel və eləcə dəGenişlənmə və Qonşuluq Siyasəti Komissiyasının rəhbəri Oliver Barxeli qondarma xarici agentlər haqqında qanuna etirazlar fonunda Gürcüstandakı mövcud vəziyyəti şərh etməyə çağırıblar.

SİA-nın əldə etdiyi məlumata görə, sənədin surətini “Azadlıq” radiosunun Gürcüstan xidməti dərc edib.

...Görünür, Gürcüstan hökuməti ölkənin Avropa və Avro-Atlantik inteqrasiyasını inkişaf etdirmək qabiliyyətini təhlükə altına atmaq yolundadır. Sizdən xahiş edirik ki, təklif olunan qanunun Gürcüstanın Avropa İttifaqına daxil olması istiqamətində atılan addımların həyata keçirilməsinə necə təsir edəcəyi barədə dərhal Avropa Komissiyasına şifahi məlumat verəsiniz.

Məktubda belə deyilir.

...Mayın 1-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda təsdiqləyib.

Və əgər qanun qəbul olunarsa, təşkilatlar və vətəndaş qrupları maliyyələrinin 20 faizdən çoxunu xaricdən alarsa, “xarici agent” kimi qeydiyyatdan keçməyi tələb edəcək.

Sənədi tənqid edənlər, o cümlədən ABŞ və Avropa nümayəndələri onu hakimiyyətin repressiv məqsədlər üçün istifadə etdiyi “xarici agentlər haqqında” Rusiya qanununun analoqu adlandırırlar.

...Qanun layihəsinə baxılarkən Gürcüstanda kütləvi etiraz aksiyaları keçirilir.

Qeyd edək ki, mayın 13-də Gürcüstan universitetlərinin tələbələri sənədə qarşı tətilə başlayıblar.

O da maraqlıdır ki, bu gün Tbilisidəqanunun bir çox tərəfdarları da var ki, onlar da kütləvi şəkildə küçələrə çıxıblar.

...Dekabrda Gürcüstana Avropa blokuna namizəd ölkə statusu verən Avropa İttifaqı bəyan edib ki, “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu Avropa İttifaqı dəyərlərinə uyğun gəlmir və ölkənin Avropa İttifaqına üzvlük ümidlərini məhv edəcək.

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
10
sia.az

10Mənbələr