AZ

"Dedim, sən məni niyə qorxudursan? - Elmar Məmmədyarov

"Ermənistan tərəfi bizə həmişə arqument kimi onlara Qarabağın müstəqilliyini və ya Qarabağın Ermənistanın tərkib hissəsi kimi tanımaları üçün güclü təzyiqin olduğunu bildirirdi. Mən Ermənistandan olan həmkarımla Parisdəki tet-a-tet söhbətimdə ona dedim ki, sən məni niyə qorxudursan? Tanımaq istəyirsən, tanı. Amma unutma ki, bu heç də sadə məsələ deyil, sən Minsk qrupunu və həmsədrliyi məhv edəcəksən".

"Unikal"ın məlumatına görə, keçmiş XİN rəhbəri İTV-yə müsahibəsində həmin şərhlərin onu narahat etmədiyini qeyd edib: 

"Əgər Ermənistan Qarabağın müstəqilliyini və onun bu ölkənin tərkib hissəsi kimi tanısa, onda ABŞ, Fransa və Rusiyanın konfliktin həll edilməsi istiqamətində apardığı işin heç bir mənası olmayacaq. Biz həmişə deyirdik ki, əlbəttə, aydın idi ki, müharibə olmadan mümkün olmayacaq. Əgər əvvəlki müsahibələrimə baxsanız, mən bunu dəfələrlə demişəm.

Hələ 2016-cı ildə ard-arda zənglər edilirdi: ABŞ-nin Dövlət katibi, Fransa, Rusiya xarici işlər naziri, Aprel döyüşlərinin ilk günlərində Ağ Evin müşaviri. Tez-tez mənə zənglər edir və çox qəribə ideyalarla çıxış edirdilər. Deyirdilər, “Siz orada haranı isə götürmüsünüz, indi ordunu geri, başlanğıc mövqeyinə qaytarmaq lazımdır”. Mən isə onlara belə cavab verirdim: “Siz nə danışırsınız? Biz öz ərazimizdəyik. Biz Təhlükəsizlik Şurasının sizin yekdilliklə qəbul etdiyiniz müvafiq qətnamələrə uyğun hərəkət edirik. İndi siz deyirsiniz ki, yenidən başlanğıq mövqeyinə qayıtmalıyıq? Bu, mümkün olan bir iş deyil”. Yəni, bu cür gərginliklər var idi", - deyə keçmiş nazir qeyd edib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44

1Mənbələr

Şərh ()
Bağla