AZ

“OpenAI” yeni “GPT-4o” süni intellekt modelini təqdim etdi


Amerikanın IT şirkəti “OpenAI” “GPT-4o” generativ süni intellektə malik dil modelinin yeni versiyasını təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.
Bildirilir ki, addakı “o” “omni” (“ətraflı”) sözünün abbreviaturasıdır. Modelin yeni versiyası nitq, mətn və video ilə işləyir. Şirkət qeyd edib ki, “GPT-4o” səsə orta hesabla 320 millisaniyədə cavab verir ki, bu da söhbət zamanı insanın reaksiya müddəti ilə müqayisə oluna bilər.
Şirkətdən bildirilib ki, yeni model “OpenAI”nin əvvəlki "ən qabaqcıl" modeli olan “GPT-4 Turbo”nun performansına uyğun gəlir, lakin əvvəlki versiyalarla müqayisədə “GPT-4o” xüsusilə şəkil və səsi başa düşməkdə daha güclüdür.
Qeyd edilib ki, yeni model 50 dildə sərbəst danışır.
“GPT-4o” mayın 13-dən etibarən istifadəçilər üçün əlçatandır, lakin səs funksiyalarına giriş yaxın həftələrdə kiçik etibarlı tərəfdaşlar qrupu ilə məhdudlaşır və ehtimal edilir ki, iyun ayında ödənişli abunəçilər üçün aktiv olacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
12
yeniavaz.com

10Mənbələr