AZ

İsrail BMT avtomobilinə atəş açıb: ölən və yaralanan var

İsrail ordusunun Qəzza zolağının Rəfah şəhərində Birləşmiş Millətlər Təşkilatının maşınına atəş açması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Sitat.info xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş deyib.

"Bu gün Qəzzada BMT-nin avtomobilinə hücum edilib və bir həmkarımız ölüb, biri yaralanıb. Qəzzada 190-dan çox BMT əməkdaşı həlak olub. Humanitar yardım işçiləri qorunmalıdır. Bunları qınayırıq. BMT personalına hücumların dayandırılması,  atəşkəs və bütün girovların azad edilməsi çağırışımı təkrarlayıram", - deyə o qeyd edib.

Türkan

Sitat.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
186

1Mənbələr

Şərh ()
Bağla