AZ

Güney Azərbaycanda Füzuli sevgisi

Güney Azərbaycanın Meşkin Şəhr şəhərində dahi şair, mütəfəkkir və filosofu Məhəmməd Füzuliyə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

Məclis Füzuli və Türk poeziyası Günü ilə üst-üstə düşüb. Görkəmli mədəniyyət və incəsənət xadimləri iştirak etdikləri toplantıda qeyd olunub ki, 530 illik yubi­leyi qeyd edilən Məhəmməd Süleyman oğlu Füzuli Azərbaycan və türk ədəbiy­yatı tarixində divan janrının ən məşhur və görkəmli nümayəndələrindən biridir. Azərbaycan və türk poeziyasının inki­şafında böyük rol oynamış Füzulinin ya­radıcılığı ətraflı müzakirə olunub, ilahi məhəbbət şairinin lirikasının fərqli xüsu­siyyətlərindən bəhs edilib.

Gecə boyunca gənc qiraətçilərin ifa­sında Füzulinin əsərlərindən nümunələr ana dilində səsləndirilib.

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134

1Mənbələr

Şərh ()
Bağla