AZ

“Gənclərə bunu etməyə imkan verməməliyik”

“Axır zamanlarda uşaqlar həyati filmlər çəkirlər. Həyati filmlərdə bəzi frazalardan istifadə edirlər. Bunlar artıq rus filmlərinin özündə də çoxdan var. Rasimi (Xalq artisti Rasim Balayev -red.) çox gözəl başa düşürəm. Biz artıq yaşlı adamlarıq. Gənclərə imkan verməməliyik ki, uğursuzluğa getsinlər”.

7Times.az  xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı “Söz baz” verilişinə açıqlamasında deyib. Aktrisa son vaxtlar qeyri-etik ifadələrin yer aldığı “Alatava” filmindən danışıb.

A.Bəşirqızı həmkarı Rasim Balayevin ekran işini tənqid etməsinə münasibət bildirib:

“Film çox keyfiyyətli çəkilib. Həmin o dəstənin bundan başqa filmlərinə də baxmışam. Mənim şəxsən xoşuma gəlib. Bəlkə, mən də həyatda elə adamam. Əsəbiləşəndə, həqiqətin çılpaqlığını bildirmək istəyəndə məndə də olur. Amma bunu birdən-birə belə bir formada qəbul etmək olmaz. Bizim o qədər hayla qəbul ediləsi işlərimiz var ki…

İndi sən gəncə nəsə deyə bilməzsən. Əksinə, gənclər “Alatava” və başqa filmlərlə tərbiyələnəcəklər. Çünki o artıq çılpaqlığı, yoxluğu görür, ona görə də etməyəcək. Bu dəqiqə “eləmə” vaxtı deyil. “Eləsən, bu olacaq” deyərək göstərmə vaxtıdır”.

Qeyd edək ki, Xalq artistləri Rasim Balayev və Əli Nur “Alatava”nı qeyri-etik ifadələr istifadə olunduğu üçün tənqid etmişdilər.

Axşam.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126

1Mənbələr

Şərh ()
Bağla