AZ

"Gürcü deputatlar minlərlə etirazçılara məharətlə kələk gəlib" - "Exo Kavkaza"

"Aprelin 15-dən davam edən etiraz aksiyalarının iştirakçıları hakimiyyətdən demokratik dəyərlərlə bir araya sığmayan qanun lahiyəsinin geri götürülməsini tələb edir..."
 
"Solovyov Live" kanalında Gürcüstana Rusiya qoşunlarının yeridilməsinin zəruriliyi bəyan edilib..."
 
Gürcü polisi etirazçıları qalmaqallı "Xarici təsirin şəffaflığı haqqında" qanunu müzakirə etməkdə davam edən parlament binasının girişindən sıxışdırıb çıxarıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Exo Kavkaza" nəşri yazıb.
 
Məlumatda deyilir ki, bu gün hüquqi məsələlər üzrə komitə üçüncü oxunuşda 67 saniyə ərzində qanun layihəsini bəyənib.
 
"Kiminsə sualı, qeydi, fikri varmı?" - komitə sədri Anri Oxanaşvili sual edib və elə özü də cavab verib: "Suallar, qeydlər, fikirlər yoxdur".
 
"Bir müddət ərzində parlament binasına buraxılmayan müxalifət nümayəndələri komitə iclasına daxil olmağa macal tapmayıb", - nəşr yazıb.
 
Bu zaman hakim "Gürcü arzusu" partiyasının üzvləri binaya daxil ola bilib, bunun üçün xüsusi təyinatlılar etirazçıları oradan sıxışdırıb çıxarıb. Polislər deputatlar peyda olan zaman "Kölələr! Kölələr!" qışqıran bir neçə nümayişçini döyüb.
 
Gürcü müxalifəti və ictimai təşkilatların demokratik dəyərlərlə bir araya sığmadığını hesab etdiyi qanunun qəbul edilməsinə qarşı etiraz aksiyaları ötən istirahət günləri davam edib. Etiraz yürüşlərində on minlərlə adam iştirak edib.
 
Bazar ertəsi nümayişlər bərpa olunub. DİN-in məlumatına görə, inzibati hüquq pozuntularına görə 20 nəfər, o cümlədən iki ABŞ və bir Rusiya vətəndaşı saxlanılıb.
 
DİN artıq bu barədə ABŞ və İsveçrə səfirliklərini (diplomatik münasibətlərin olmaması səbəbindən Rusiyanın Gürcüstandakı maraqlarını İsveçrə səfirliyi təmsil edir) məlumatlandırıb.
 
"Polisin mitinqin təşkilatçıları və iştirakçılarına çoxsaylı müraciətlərinə, habelə DİN-in onların DİN nümayəndələrinin qanuni tələblərinə tabe olmaq və toplaşma və ifadə azadlığı qanunu ilə icazə verilən çərçivədən kənara çıxmamaq barədə bəyanatına rəğmən, mitinqin bəzi iştirakçıları polisin qanuni tələbinə məhəl qoymayıb, ictimai asayişi pozub, hüquq-mühafizə orqanları əməkdaşlarına müqavimət göstərib və onları təhqir edib", - nazirliyin bəyanatında deyilir.
 
Mübahisəli qanun layihəsinə qarşı etiraz aksiyaları Tbilisidə aprelin 15-dən keçirilir. 
 
Aprelin 30-da və mayın  1-də qanun layihəsinin ikinci oxunuşda müzakirəsi günlərində bu aksiyalar proqnozlaşdırılmayan xarakter alıb.
 
İştirakçılar hakimiyyətdən ötən il qanun layihəsinin birinci redaksiyası müzakirə edilən zaman kütləvi iğtişaşlara səbəb olan Rusiyanın xarici agentlər haqqında qanuna analoji qanunu geri götürməyi tələb edir.
 
İğtişaşların gedişində nümayişçilər polislərə və parlament binasına daş, şüşə qablar tullayıb, həmçinin tonqallar qalayıb, polis isə gözyaşardıcı qaz, bibər spreyi və su şırnaqlarından istifadə edib.
 
Kremlin tanınmış təbliğatçısı Sergey Karnauxov "Solovyov Live" kanalının efirində Gürcüstana Rusiya qoşunlarının yeridilməsinin zəruriliyini bəyan edib.
 
Onun sözlərinə görə, Rusiyanın güc strukturları asanlıqla xarici agentlər haqqında qanuna qarşı mitinq edən "terrorçu tör-töküntülərinin başını əzə bilər".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35

1Mənbələr

Şərh ()
Bağla