AZ

ÇL-də türkiyəli futbolçularla bağlı seriya qırılacaq - Arda Gülər “Fənər”ə pul qazandırmaqda davam edir

“Real”ın Çempionlar Liqasının finalına vəsiqə qazanması türkiyəli futbolsevərləri də çox sevindirib.

“Football-plus.az” xəbər verir ki, Çünki Türkiyə futbolunun gənc ulduzu Arda Gülər də Madrid nəhənginin bir parçasıdı. Hərçənd 19 yaşlı yarımmüdafiəçi bu mövsüm ÇL-də bir dəqiqə də meydana çıxmayıb. Yeri gəlmişkən, bu mövzu ilə bağlı maraqlı xəbərlər var.

Srağagün Türkiyə mətbuatında “Real”ın ÇL-i qazanacağı təqdridə Ardanın UEFA tərəfindən bu turnirin qalibi sayılmayacağı barədə şayiələr peyda oldu. Səbəb kimi isə UEFA tərəfindən 2022-ci ildə qəbul edilən yeni qərar göstərilib. Həmin qərara əsasən mövsüm ərzində ÇL-də bir dəqiqə də forma geyməyən futbolçu turnirin qalibi hesab oluna bilməz. Buna misal kimi hətta 2021/22-də “Real”da Andrey Lunin ilə İskonun adı çəkildi. Bu futbolçular həqiqətən də sözügedən mövsümdə ÇL-də bir dəqiqə də meydana çıxmayıb. Amma “Futbol+” olaraq, bu məsələni bir qədər dərindən araşdırdıq və heç bir mənbədə UEFA-nın bununla bağlı rəsmi qərarınma rast gəlmədik. 2 il öncə Lunin və İsko ilə bağlı xəbər yazan Rusiya, Ukrayna və Avropa saytları isə yalnız bir mənbəyə - İspaniyanın “Mundo Deportivo” saytına istinad ediblər. Bu da çox da etibar ediləsi mənbə deyil. Ona görə də UEFA-nın belə bir qərarının mövcudluğuna dair çox ciddi şübhələr var. Qurum həqiqətən də bir mövsüm ərzində oynamayan futbolçunu ÇL-in qalibi saymırsa, ortaya qəribə mənzərə çıxır. Çünki mövsüm ərzində oynamayan futbolçuya da ÇL medalı verilir. Məsələn, Luninin hazırda 2021/22-yə aid ÇL-in medalı var. Belə olan təqdirdə onun turnirin qalibi sayılmaması nonsensdi.

Ardanın ÇL-in qalibi olmasının daha bir prinispial əhəmiyyəti var. İndiyə qədər Türkiyə yığmasında oynamış və ÇL-i qazanmış türkiyəli futbolçu olmayıb! Düzdü, Mehmet Şoll, Əmrə Can, İlkay Gündoğan kimi türkəsilli futbolçular ÇL-in qalibi olublar. Amma bilindiyi kimi, onların heç biri Türkiyə yığmasını seçməyib. İndiyə qədər “ay-ulduzlular”da top qovmuş futbolçulardan cəmi 5-i ÇL-i qazanmağa çox yaxın olub. Amma onların heç biri bunu bacarmayıb. Yıldıray Baştürk 2001/02-də “Bayer-04”, Həmit Altıntop 2009/10-da “Bavariya”, Nuri Şahin 2012/13-də Dortmund “Borussiya”sı, Arda Turan 2013/14-də “Atletiko” və ötən mövsüm Hakan Çalhanoğlu “İnter” ilə finalda məğlub olub. İstənilən halda bu mövsüm bu seriyaya son qoyulacaq. Çünki “Borussiya”nın heyətində də Türkiyə yığmasında top qovan futbolçu var. Söhbət Salih Özcandan gedir. Yəni ya Arda, ya da Salihbir ilkə imza atacaq.

Yeri gəlmişkən, Arda Gülər hələ də “Fənərbaxça”ya pul qazandırmaqda davam edir. Ötən yay bu futbolçu “20+10” milyon avro qarşılığında “Fənər”dən “Real”a transfer olunmuşdu. 10 milyon avro İstanbul nəhənginin qazana biləcəyi maksimum bonus məbləğidi. Həmin bonuslar yavaş-yavaş qüvvəyə minir. Məsələn, məlum olub ki, “Real”ın ÇL-in finalına vəsiqə əldə etməsi “sarı-lacivərdlilər”ə əlavə 2,2 milyon avro qazandırıb. Müqavilədəki bonus maddələrindən biri məhz bununla bağlı idi. Bundan başqa, “Fənər”in prezidenti Əli Koçun uzaqgörənliyi kluba daha 1,9 nilyon avro qazandırıb. “Real” rəsmiləri yayda müqaviləyə oyun sayı ilə bağlı maddə salmaq istəyirdilər. Onlar Ardanın La Liqada ən azı 20 oyunda forma geyəcəyi təqdirdə istanbullulara bonus ödəməyi təklif etmişdilər. Amma Koç bunu qəbul etməyib və “Real” çempion olacağı təqdirdə” maddəsini müqaviləyə saldırıb. Ona görə də “Kral klubu”nun ötən həftəsonu çempionluğu rəsmiləşdirməsi “Fənərbaxça”ya daha 1,9 milyon avro qazandırdı. “Real” ÇL-in qalibi olacağı təqdirdə isə “Fənər”in büdcəsinə daha 2,5 milyon avro əlavə olunacaq!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
football-plus.az

1Mənbələr