AZ

Şolts: Almaniyada hərbi məhsulların istehsalının artırılması zəruridir

Almaniya kansleri Olaf Şolts hərbi məhsulların, o cümlədən döyüş sursatlarının istehsalının artırılmasının vacibliyini vurğulayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə kansler mediaya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ukraynadakı münaqişə Almaniyadakı istehsalın uzunmüddətli hərbi əməliyyatlara hazır olmadığını göstərib.

"Bu müharibədən öyrəndiyimiz odur ki, biz də istehsalımızı artırmalıyıq, çünki o, uzun bir müharibəyə və məsələn, bu münaqişədə lazım olan döyüş sursatı və bütün mərmilərin davamlı istehsalına hazır deyildi", - Şolts Stokholmda Danimarka, İslandiya, Norveç, Finlandiya və İsveç hökumət başçıları ilə birgə mətbuat konfransında bildirib.

"Keçən dəfə Avropada apardığımız müzakirələrin ən yaxşı tərəflərindən biri odur ki, Ukraynaya göndərilə biləcəyimiz bir şey olarsa, təkcə Avropada deyil, bütün dünyada nə tapsaq satın alacağımız barədə razılığa gəldik”, - kansler əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
operativmedia.az

1Mənbələr