AZ

Əziz Yıldırım yenidən "Fənərbağça"nın prezidenti ola bilər

Əziz

Bakı, 13 may, AZƏRTAC

Əziz Yıldırım yenidən Türkiyənin "Fənərbağça" komandasının prezidenti ola bilər.

AZƏRTAC xəbər verir ki, 72 yaşlı funksioner bu barədə "Haber Qlobal"a açıqlamasında deyib. O bildirib ki, bu il keçiriləcək seçkilərdə öz namizədliyini irəli sürəcək.

"Fənərbağça" klubuna prezident seçkiləri bu ilin iyununda baş tutacaq. "Sarı-lacivərdlilər"in hazırkı rəhbəri Ali Koçdur.

Qeyd edək ki, Əziz Yıldırım daha əvvəl 1998-2018-ci illərdə İstanbul nəhənginin prezidenti vəzifəsində çalışıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
173
7
azertag.az

8Mənbələr