AZ

Misirdən Blinkenə Rəfah xəbərdarlığı

Misirin xarici işlər naziri Semih Şükri ABŞ dövlət katibi Antoni Blinkenlə telefonla danışıb.

News24.az xəbər verir ki, Şükri Blinkenə deyib ki, İsrailin Qəzzada və xüsusən də Misirlə Qəzza arasındakı sərhəd şəhəri olan Rəfahda davam edən hərbi əməliyyatları “ciddi təhlükəsizlik riskləri” yaradır.

Misir Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Şükrinin İsrailin Rəfah sərhəd qapısının Fələstin tərəfini ələ keçirməsi ilə bağlı müzakirələrdən sonra Qəzzəyə yardımların yenidən başlaması lazım olduğunu da vurğuladığı bildirilib.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
news24.az

1Mənbələr