AZ

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?”

“Mənim səfir diplomatik rütbəmə, həm də nazir kimi digər xərclərə görə əməkhaqqıma olunan əlavələri və təchizat xərclərini də nəzərə alsaq aldığım məbləğ kifayət qədər münasib idi. Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?”

 

Bu sözləri sabiq xarici işlər naziri Elmar Məmmədyarov İTV-də yayımlanan verilişlərin birində deyib.

 

O, etiraf edib ki, ümumiyyətlə sıxıntısı olmayıb: “Həyatım boyu kasıb insan olmamışam. Atam akademik idi, mən hələ 1988-89-cu illərdə Sovet İttifaqında dollarla maaş alırdım”.

 

E.Məmmədyarov onu da əlavə edib ki, 13 ilə yaxın bir müddətdə Birləşmiş Ştatlarda yaşayıb və hər zaman yüksək əməkhaqqı alıb.

 

Sabiq nazir nəyə görə öz dilimizdə səlis danışa bilməməsinə də aydınlıq gətirib: “Mən düzgün nitqə yiyələnmək üçün diksiya dərsləri almamışam. Mən düşündüyüm kimi danışıram. Yalnız Azərbaycan dilində deyil, rus dilində də, ingilis dilində də səhv edə bilərəm. Bəli, əlbəttə, müəyyən ömür yaşamışam, rus və ingilis dilində təhsil almışam. Azərbaycan dilində təhsil almadığıma görə mənim nitqim həyətdə, küçədə, valideynlərim və qohumlarımla ünsiyyətdə olduğum məişət-danışıq üslubundadır. Amma...”


Ətraflı videoda:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
165
27
senzor.az

10Mənbələr