AZ

Təyyarədən dənizə atlamaq istədi; polisə düşdü

Dubaydan Hindistanın Banqalor şəhərinə uçan təyyarənin sərnişini ekipaj heyətini bezdirdiyinə və hədələdiyinə görə polisə verilib. Avtosfer.az xəbər verir ki, insident “Air India Express” aviaşirkətinə məxsus təyyarədə yaşanıb. Bu barədə “News18” məlumat yayıb.

Məlumata görə, Məhəmməd adlı sərnişin ayaqyoluna gedib-qayıtdıqdan sonra özünü qeyri-adi aparıb. Uçuş bələdçilərinin sözlərinə görə, o, hər dəfəsində uçuş heyətinin işinə və digər sərnişinlərin rahatçılığına mane olub. Tez-tez düyməni sıxaraq bələdçiləri çağırıb və onlara təyyarə idarə etmək istədiyini söyləyib, əks halda özünü dənizə atacağı ilə hədələyib.

Uçuş təhlükəsizliyi üzrə koordinator eniş etdikdən sonra özünü anormal aparan sərnişini Hindistan polisinə şikayət edib.

 

Namiq Musayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
211
avtosfer.az

1Mənbələr