AZ

Mourinyo İstanbul nəhəngini çalışdıra bilər

Joze Mourinyo “Fənərbağça”nı çalışdıra bilər.

90deqiqe.Az-ın məlumatına görə, portuqaliyalı məşqçi ilə əvvəllər çalışdığı İstanbul klubunun prezidenti postuna namizədliyini irəli sürən Əziz Yıldırım artıq əlaqə saxlayıb. Tərəflər Mourinyonun gələcəkdə "Fənərbağça"ya baş məşqçi təyin olunmasını müzakirə edirlər.

“Fənərbağça” mütəmadi olaraq avrokuboklarda çıxış edən Türkiyənin top klublarından biridir. Eyni zamanda, yüksək liqalara alışmış Mourinyo üçün İstanbuldakı işin nə dərəcədə maraqlı olduğunu söyləmək çətindir.

Əlavə edək ki, Joze Mourinyonun “Roma”dan ayrıldıqdan sonra yanvar ayından işsizdir.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
45
90deqiqe.az

10Mənbələr