AZ

“Rəsmi olaraq biznesim yoxdur” – Elmar Məmmədyarov


“Siz hesab edirsiniz ki, mən Nyu-Yorkdakı evi əməkhaqqımdan qənaət edərək almışam? Ancaq maaşla dolanmışam?”  
Yeniavaz.com
xəbər verir ki, bunu sabiq xarici işlər naziri Elmar Məmmədyarov İTV-də yayımlanan “Persona” verlişinə müsahibəsində deyib.
O, aparıcının “Düşünürəm ki, nazir maaşı Nyu-Yorkda mənzil almağa çata bilməzdi.  Mənim bildiyim qədər, sizin biznesiniz yoxdur” fikrinə cavab olaraq deyib:
“Rəsmi olaraq biznesim yoxdur. Təbii ki, mənim də bir normal insan kimi bankda vəsaitim və investisiyalarım var”.
Sabiq nazir hansı biznes ilə məşğul olduğu barədə suala cavab vermək istəməyib:
“Mən bu suala cavab vermək istəməzdim. Çox şəxsi xarakterli sualdır. İnanın mənə, iki oğlum üçün evlərin alınmasına Amerika bankları vasitəsilə köçürdüyüm pullar barədə məndə, yalan olmasın, çəkisi 2 kiloqrama yaxın yazışmalar var. Onlar hər bir senti, hər bir dolları yoxlayırlar. Bu pullar təmiz olmalıdır. Əgər bank bu transaksiyaya icazə verirsə, deməli, orada kölgə kapitalından söz ola bilməz və bu pullar tamamilə “ağ pul”lardır”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
157
1

1Mənbələr

Şərh ()
Bağla