AZ

İdmançılarımızın iştirak edəcəyi beynəlxalq yarışlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının iştirak edəcəyi beynəlxalq yarışlar üzrə həftənin idman afişasını açıqlayıb.

İdman.biz xəbər verir ki, mayın 13-19-da müxtəlif idman növləri üzrə turnirlər təşkil olunacaq.

Sambo üzrə Avropa çempionatı və birinciliyi (yeniyetmələr, gənclər və kişilər) – 7-13 may (Serbiya, Novi Sad);
Ciu-citsu üzrə "Böyük Dəbilqə" "Jiu Jitsu Dünya Turu" – 9-13 may (Birləşmiş Ərəb Əmirlikləri, Əbu-Dabi);
MMA üzrə Avropa çempionatı – 12-20 may (Slovakiya);
Paraatletika üzrə dünya çemponatı – 12-26 may (Yaponiya, Kobe);
Badminton üzrə "Bulgarian Junior İnternational 2024" – 13-16 may (Bolqarıstan, Svilengrad);
Badminton üzrə "Slovenia Open 2024" – 14-18 may (Sloveniya, Maribor);
Badminton üzrə "Thailand Open 2024" – 14-19 may (Tailand, Banqkok);
Sərbəst, yunan-Roma qadın güləşi üzrə U-15 Avropa çempionatı (U-15, kiçik yaşlı yeniyetmə oğlanlar və qızlar) – 15-19 may (Yunanıstan, Loutraki);
Stend atıcılığı üzrə Avropa çempionatı – 15-27 may (İtaliya, Lonato);
Kikboksinq üzrə Dünya Kuboku – 16-19 may (Türkiyə, İstanbul);
WKF üzrə Gənclərin Liqa turniri – 16-19 may (İspaniya, Coruna);
Cüdo üzrə Avropa kuboku və BTMT (gənc oğlanlar) – 16-23 may (İspaniya, Malaqa);
Qılıncoynatma üzrə kişilər arasında Qran-Pri şpaqa -17-18 may (Fransa, Monal);
Akademik avarçəkmə üzrə Avropa Olimpiya təsnifat reqatası – 17-22 may (İsveçrə, Lutsern);
Akrobatika gimnastikası üzrə Dünya Kuboku – 17-19 may (Portuqaliya, Maia);
Kunq-fu üzrə dünya çempionatı – 17-19 may (İtaliya, Perucca);
Voleybol üzrə qadınlar arasında Avropa Qızıl Liqası - I tur – 17-19 may (Xorvatiya, Osiek);
Paracüdo üzrə Qran-pri – 18 -19 may (Gürcüstan, Tbilisi);
Cüdo üzrə kişilər arasında Avropa Kuboku – 18-19 may (Pale, Bosniya);
Cüdo üzrə yeniyetmə oğlanla arasında Avropa Kuboku – 18-19 may (Polşa, Bielsko-Biala);
Triatlon üzrə Dünya Kuboku – 18-19 may (Özbəkistan, Səmərqənd);
100 xanalı dama üzrə beynəlxalq qrossmeyster norması ilə beynəlxalq turnir – 18-28 may (İspaniya, Salou);
Gözdən əlillərin 64 xanalı dama üzrə dünya çempionatı – 19 -29 may (Polşa, Mlava).

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
idman.biz

1Mənbələr