AZ

ABŞ hələ də Azərbaycan və Ermənistan arasında sülhün mümkünlüyünə inanır - Dövlət Departamentinin rəsmisi

ABŞ hələ də Azərbaycan və Ermənistan arasında sülhün mümkün olduğuna inanır.

"Unikal" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel brifinq zamanı deyib.

“Biz sülhün mümkün olduğuna inanmağa davam edirik. Dövlət katibi və başqaları sülh yolu ilə nizamlanma prosesində fəal iştirak etməyə davam edirlər. Tərəflər arasında danışıqların gedişi ilə bağlı məlumatım yoxdur. Amma biz bu prosesi dəstəkləməyə davam edəcəyik”, - deyə o bildirib.

Xatırladaq ki, 10-11 may 2024-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında Qazaxıstanın Almatı şəhərində danışıqlar aparılıb.

Nazirlər delimitasiya üzrə irəliləyişi və bununla bağlı əldə edilmiş razılaşmaları alqışlayıblar. Nazirlər və onların nümayəndə heyətləri “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəalarının müzakirəsini davam etdiriblər. Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
22

1Mənbələr

Şərh ()
Bağla