AZ

Jiru gələcəyi ilə bağlı qərarını verdi

"Milan"ın hücumçusu Olivye Jiru gələcəyi ilə bağlı rəsmi açıqlama verib.

90deqiqe.Az təcrübəli forvardın bu barədə fikirlərini təqdim edir:

“Növbəti iki matç mənim Milanda sonuncu oyunum olacaq. Karyeramı MLS-də davam etdirəcəm”, - deyə Jiru Rossoneri mətbuat xidmətinin yaydığı videoda bildirib.

Jiru əlavə edib ki, o, "Milan"dakı çıxışlarından qürur duyur və klubun hər zaman ürəyində qalacaq.

37 yaşlı forvard 2023/2024 mövsümünün sonunda "rossoneri"ni tərk edəcək.

Ümumilikdə Olivier Jiru "Milan"ın heyətində 130 oyun keçirib, 48 qol vurub və 20 məhsuldar ötürmə verib. Daha əvvəl fransalının Los-Ancelesə köçəcəyi ilə bağlı məlumatlar yayılmışdı.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
90deqiqe.az

1Mənbələr