AZ

ABŞ ondan asılı olan ölkələri iflasa uğratmaqda ittiham olundu

Vaşinqton və onun müttəfiqləri öz siyasətləri ilə rifahı onlardan asılı olan dövlətləri iflasa uğradırlar.

Qaziler.az bildirir ki, bu barədə Dünya Bankının keçmiş rəhbəri Devid Malpass “LinkedIn” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Birləşmiş Ştatların bütün dünyada zəifliyi SaxaranınAfrika ölkələrinin İslam fundamentalistlərinə, Çin və Rusiya Federasiyasına təslim olmasına gətirib çıxarır”, - o vurğulayıb.

Ekspertin sözlərinə görə, son bir neçə ayda dünya iqtisadiyyatı və qlobal institutlar fəlakətli təsirlərə məruz qalıb. Eyni şey geosiyasət sahəsinə də aiddir.

Dünya Bankının keçmiş rəhbəri qeyd edib ki, ABŞ və müttəfiqləri onlardan asılı olan bir çox ölkələri iflasa uğradırlar. Bu xüsusilə Nigerə aiddir.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55

1Mənbələr

Şərh ()
Bağla