AZ

Azərbaycan və Ukrayna XİN rəhbərləri strateji tərəfdaşlıq münasibətlərini müzakirə edib

Bakı. Trend:

Mayın 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iləUkraynanın xarici işlər naziri Dmitro Kuleba arasında telefondanışığı aparılıb.

Azərbaycanın Xarici İşlər Nazirliyindən Trend-ə bildirilib ki,tərəflər Azərbaycan ilə Ukrayna arasında müxtəlif sahələrdə, ocümlədən nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlıqməsələlərini müzakirə ediblər.

Telefon danışığı zamanı Azərbaycanla Ukrayna arasında stratejitərəfdaşlıq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadəolunub.

İki ölkə və xalqlarımız arasında münasibətlərin tarixi təməllərəəsaslandığı, daim beynəlxalq hüququn norma və prinsiplərinə, ocümlədən ərazi bütövlüyü və suverenliyə hörmət əsasında inkişafetdiyi qeyd olunub.

Ukrayna tərəfi Azərbaycanın Ukraynaya göstərdiyi humanitaryardımın ölkəsi üçün əhəmiyyətini vurğulayıb və buna görə minnətdarolduqlarını qeyd edib.

Bununla yanaşı, qarşılıqlı maraq doğuran digər ikitərəfli vəregional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsiaparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
24
az.trend.az

10Mənbələr