AZ

İranlı kinorejissor gizli şəkildə Avropaya qaçdı


Kinorejissor Məhəmməd Rəsulof İranı gizli şəkildə tərk edərək Avropaya gedib.
Yeniavaz.com
xəbər verir ki, onun mayın 12-də açıqlanmayan bir yerdə verdiyi bəyanatı “IndieWire” yayıb.
“Mən bir neçə gün əvvəl uzun və çətin səyahətdən sonra Avropaya gəldim”, - kinorejissor deyib.
52 yaşlı Rəsulof apellyasiya məhkəməsinin onun 8 il həbs cəzasını qüvvədə saxlamasından sonra getdiyini bildirib:
“Qərar vermək üçün vaxtım az idi. Həbsxana və İranı tərk etmək arasında seçim etməli oldum. Qəlbim ağrıyaraq qaçmağı seçdim. 2017-ci ilin sentyabrında İslam Respublikası mənim pasportumu müsadirə etdi. Buna görə də mən gizli şəkildə İranı tərk etməli oldum”.
Onun sözlərinə görə, son filmi olan “Müqəddəs əncirin toxumu” filminin bəzi aktyorları ölkəni tərk edə bilib, lakin bir çox sənət adamları İranda qalıb və təhlükəsizlik orqanları onlara təzyiq göstərir. Rejissorun sözlərinə görə, filmin iştirakçıları dindirilir, barələrində cinayət işi qaldırılır, ölkədən çıxışına qadağa qoyulur.
O, dünya kino ictimaiyyətini bu cür filmlərin yaradıcılarına effektiv dəstək verməyə çağırıb.
Qeyd edək ki, mayın 8 məlum olub ki, İslam İnqilab Məhkəməsi iranlı rejissor Məhəmməd Rəsulofu 8 il həbs, şallaq, cərimə və əmlakı müsadirə ilə cəzalandırıb. Onun vəkili Babək Paknia bildirib ki, hökm Rəsulofun ictimaiyyətə verdiyi açıqlamalara, eləcə də onun yaratdığı bədii və sənədli filmlərə əsaslanır.
İran hakimiyyəti Məhəmməd Rəsulofun son filmi “Müqəddəs əncirin toxumu” 2024-cü il Kann Film Festivalında əsas müsabiqə proqramından seçildikdən sonra ona təzyiqləri artırıb. Film Tehranda İnqilab Məhkəməsi hakiminin ümummilli etirazlardan sonra işlərə baxdığı zamandan bəhs edir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89

1Mənbələr

Şərh ()
Bağla