AZ

Ermənistanda saxlanılan aksiya iştirakçılarının hamısı sərbəst buraxılıb

İrəvanın mərkəzində “itaətsizlik aksiyası” zamanı saxlanılan 156 fəalın hamısı sərbəst buraxılıb.

Editor.az bildirir ki, bunu Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir: “Gün ərzində polisin qanuni tələblərinə tabe olmayan 156 vətəndaş polis bölmələrinə aparılmışdı. Onların hamısı sərbəst buraxılıb”, – Ermənistan Daxili İşlər Nazirliyindən bildiriblər.

Xatırladaq ki, Ermənistanın paytaxtında keçirilən etiraz aksiyasının iştirakçıları ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb ediblər. Onlar şəhərin mərkəzində küçələri bağlamışdılar.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71

1Mənbələr

Şərh ()
Bağla