AZ

Ukrayna ilə Azərbaycan arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ukraynalı həmkarı Dmitri Kuleba arasında telefon danışığı baş tutub.

APA xəbər verir ki bu barədə Ukraynanın xarici işlər naziri "X" hesabında məlumat verib.

"Mən və azərbaycanlı həmkarım Ceyhun Bayramovla telefon danışığımda Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd etdik. Humanitar yardım üçün Azərbaycana təşəkkür etdim. Həmkarımı Rusiyanın Ukraynanın mülki və enerji infrastrukturuna zərbələri barədə də məlumatlandırdım. Biz gələcək ikitərəfli əlaqələri koordinasiya etdik" , - deyə ukraynalı nazir qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
13
apa.az

10Mənbələr