AZ

Ançelotti Arda Güler HAQQINDA: "Zədə problemi olmasaydı..."

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti La Liqanın 36-cı turunda sabah keçiriləcək "Alaves"lə matçdan əvvəl Valdebebasda təşkil edilən mətbuat konfransında danışıb.

BAKU.WS Türkiyə medisına istinadən xəbər verir ki, Ançelotti Arda Gülər ​​haqqında da diqqətçəkən açıqlamalar verib.

Ançelotti bu mövsüm göstərdiyi performansla onu təəccübləndirən futbolçular arasında Ardanı da qeyd edib:

"Onlar çox az tanıdığım oyunçulardı. Fran Qarsia xüsusilə başlanğıcda çox yaxşı iş gördü. Xoselu və Brahim eyni şəkildə. Elə oyunçular var ki, onlara daha çox vaxt versəm, komandaya daha çox töhfə verər. Məsələn, Seballos. Müxtəlif səbəblərdən layiq olduğu vaxtı ala bilmədi. Digər futbolçu Ardadır. Zədə problemi olmasaydı, daha çox oyun keçirə bilərdi. Ümumiyyətlə, bütün komanda məni təəccübləndirdi".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
1

1Mənbələr

Şərh ()
Bağla