AZ

Estoniya Ukraynaya qoşun göndərir..?

Bu arada Estoniya hökuməti Ukrayna Silahlı Qüvvələrinə maddi-texniki dəstək vermək üçün Ukraynanın qərbinə qoşun göndərməyi düşünür.

SİA-nın əldə etdiyi məlumata görə, guya göndərilənlər hərbi əməliyyatlarda birbaşa iştirak etməyəcəklər.

…Və əgər qərar qəbul edilərsə, bu halda Estoniya əsgərləri “logistika işlərini” öz üzərinə götürəcəklər.

Yəni arxa cəbhədə fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, hakimiyyət indi belə bir addımın mümkünlüyünü təhlil edərək əlavə edib ki, Tallin NATO-nun tam missiyasının bir hissəsi kimi bunu qəbul etməyə üstünlük verəcək və bu, alyansınbirlik və qətiyyətininümayiş etdirəcək.

Onu da qeyd edək ki, bəzi blok ölkələri Ukraynaya qoşun göndərilməsinin əleyhinədir, lakin onların mövqelərinin zamanla dəyişəcəyini istisna edilmir.

Yeri gəlmişkən, Estoniya Müdafiə Qüvvələrinin rəhbəri general Martin Herembildirib ki, Ukraynaya qeyri-döyüş tapşırıqlarını yerinə yetirmək üçün (məsələn, tibbi yardım və ya maddi-texniki təminat) mümkün qoşun göndərilməsi mövzusu artıq bir neçə aydır müzakirə olunub, lakin hələlik dəqiq heç nə yoxdur.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
5

1Mənbələr

Şərh ()
Bağla