AZ

“Bizə qarşı çıxanların cavabını layiqincə verəcəyik”

Cümşüd Nuriyev: “Bu məsələdə kimsə istisna deyil”

 

“Bizə qarşı çıxanların cavabını layiqincə verəcəyik və bu məsələdə kimsə Azərbaycan üçün istisna deyil”.

 

Bunu Moderator.az-a açıqlamasında siyasi elmlər doktoru, politoloq Cünşüd Nuriyev bildiirb. Ekspert qeyd edib ki, yaxın tarixi keçmiş Azərbaycanın bu məsələdə kimsəyə borcılu qalmadığını göstərir:

 

“44 günlük Vətən müharibəsi və post-müharibə dönəmində baş verən siyasi-diplomatik proseslər sübut etdi ki, Azərbaycan sözün həqiqi mənasında regionun lider dövlətidir və o, öz maraqlarını istənilən gücdən müdafiə etməyə qadirdir. Vətən müharibəsi dönəmində Ermənistanın timsalında İrəvanla yanaşı, həm də onu himayə edən qüvvələri məğlub edən Azərbaycan, siyasi-diplomatik müstəvidə də əsl qətiyyət sərgilədi. Ölkəmiz müharibədən sonra Fransanın təxribat xarakterli addımlarını özünəməxsus məntiq və cəsarətlə ifşa etdi. Azərbaycan sübut etdi ki, o, Vətən müharibəsində əldə edilən qələbənin nəticələrini qoruyub saxlamağa, bütün təzyqiləri dəf etməyə qadirdir.

 

Bu gün də bəzi qüvvələr müxtəlif məsələlərdə Azərbaycana təzyiq göstərməyə, öz maraqlarını bizimlə siyasi qarşıdurma, psixoloji təzyiq fonunda təmin etməyə çalışır. Lakin bütün bu qüvvələr bilməlidir ki, Azərbaycanla təzyiq dilində danışmaq mümkün deyil. Buna cəhd edənin qazanacağı yeganə şey sadəcə məyusluq olacaq”.

 

Seymur ƏLİYEV

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83

1Mənbələr

Şərh ()
Bağla