AZ

Ağır yol qəzası:Bir ailənin 4 üzvü öldü - FOTO

Türkiyədə bir ailənin 4 üzvü ağır yol qəzasında ölüb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə mayın 13-də Ankara-Əskişəhər avtomagistralının Poladlı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan 16-AEF-142 qeydiyyat nömrə nişanlı “Fiat” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxıb və dəmir arakəsmələrə çırpılaraq aşıb. Bundan sonra təxminən 50 metr sürüklənən nəqliyyat vasitəsi dəmiryolu körpüsünün beton dirəyinə dəyərək dayanıb.

Zərbənin təsirindən minik avtomobili deformasiyaya uğrayıb. Nəticədə bir ailənin 4 üvü ölüb, daha bir isə xəstəxanaya yerləşdirilib.

Qəzanın hansı səbəbdən baş verdiyi araşdırılır.

 

Namiq Musayev

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
1

1Mənbələr

Şərh ()
Bağla