AZ

Premyer Liqa klubunun legioneri icazə aldı və Azərbaycandan getdi

“Kəpəz”in aparıcı fiqurlarından olan Georgi Papunaşvili düşərgədən ayrılıb.

“Səbail”lə oyunda zədələnərək bir neçə həftəlik sıradan çıxan 28 yaşlı legioner baş məşqçiyə vətəni Gürcüstana yollanmaq istədiyini bildirib. Adil Şükürov da razılıq verib.

O, bunu ölkəsində şəxsi həkiminin olması və müalicəsinin onun tərəfindən aparılmasının vacibliyi ilə əlaqələndirib.

Georginin yaxın günlərdə Azərbaycana qayıdacağı gözlənilir. Hər halda razılıq belə olub ki, müayinədən sonrakı bərpanı burada keçsin.

Gürcüstan millisinin sabiq üzvü cari mövsümdə Premyer Liqada meydana çıxdığı 19 oyunda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106

1Mənbələr

Şərh ()
Bağla