AZ

Vuçiç Belqradda Yelena Zelenskaya ilə görüşüb

Serbiya prezidenti Aleksandar Vuçiç ukraynalı həmkarı Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya ilə görüşüb.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, görüş zamanı konkret nəyin müzakirə olunduğu açıqlanmayıb, lakin tədbir açıq formatda keçirilib və media nümayəndələri iştirak edib. 

Bundan əvvəl Zelenskayanı Serbiya prezidentinin xanımı Tamara Vuçiç qəbul edib. Birinci xanımlar paytaxtı gəzərək, əməkdaşlıq müqaviləsinin imzalanmasında da iştirak ediblər. Xüsusilə, görüş çərçivəsində Vuçiç və Zelenskaya şəhər kitabxanasına baxış keçirib, Belqrad qalasını gəziblər.

Serb politoloqu Stevan Qajiç Ukrayna prezidentinin həyat yoldaşının səfərini biabırçılıq adlandırıb, çünki serb sakinlərinin əksəriyyəti Rusiyanı dəstəkləyir. Onun fikrincə, gəliş Qərbin narazılığı ilə əlaqələndirilə bilər və Serbiya prezidenti Vuçiç Ukrayna liderinin həyat yoldaşını qəbul etməyə məcbur edilə bilər.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52

1Mənbələr

Şərh ()
Bağla