AZ

Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi klub məşhur futbolçu ilə yollarını ayırıb

Türkiyənin \"Adana Dəmirspor\" klubu futbolçusu Luiş Nani ilə yollarını ayırıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə bölgə təmsilçisinin rəsmi \"X\" hesabı məlumat yayıb.

37 yaşlı yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Qeyd edək ki, Luiş Nani 2023-cü ildən \"Adana Dəmirspor\"un formasını geyinir. Bu komandada Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev də çıxış edir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
201
6
azxeber.com

7Mənbələr