AZ

"Yunanıstan İsrailin özünü müdafiə etmək hüququnu dəstəkləyir"

"Yunanıstan İsrailin özünü terror hücumlarından müdafiə etmək hüququnu dəstəkləyir, eyni zamanda Türkiyə kimi Qəzzanın mülki əhalisinin müdafiəsini tələb edir və İsrailin Rəfahda mümkün quru əməliyyatını böyük səhv hesab edir".

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu Ankarada işgüzar səfərdə olan Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi mətbuat konfransında deyib.

Baş nazir qeyd edib ki, Türkiyə prezidenti ilə Ukrayna və Yaxın Şərqdə baş verənləri müzakirə etmək imkanı olub.

“Bunlar həddindən artıq narahatlıq doğuran, yalnız iztirab və ağrı gətirən hadisələrdir ki, onların qarşısı bir şəkildə - yalnız despotik təcavüzü, o cümlədən qəddar terrorizmi pisləməklə, beynəlxalq hüququn, dövlətlərin suverenliyinin, dövlətlərin toxunulmazlığının qorunması ilə dayandırılmalıdır", - o bildirib.

Yusif EYVAZLI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
1

1Mənbələr

Şərh ()
Bağla