AZ

Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib

Mayın 13-də Türkiyənin İstanbul şəhərində Dünya İslam Alimlərinin Məşvərət Toplantısı öz işinə başlayıb.
"Report" xəbər verir ki, Türkiyənin Diyanət İşləri Başkanı Ali Erbaşın dəvəti ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə həmin tədbirdə iştirak edib.
Dünya İslam Alimlərinin Məşvərət Toplantısında Dünya Müsəlman Alimləri Birliyinin rəhbəri Ali Muhiddin Əl-Qaradaği, Əlcəzairin Din İşləri naziri Yusif Belmandi, Malaziyanın Dini İşlər naziri Dato Naim, İraqın Fiqh Alimləri Birliyinin sədri Əhməd Həsən Taha, Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Nauruzbay Taqanulı, Rusiya Federasiyası Müftilər Şurasının sədri Ravil Qaynutdin, Bosniya və Hersoqovinanın İslam Birliyinin rəhbəri Hüseyn Kovazoviç, Bolqarıstanın Baş Müftisi Mustafa Hacı və digər nüfuzlu dini liderlər, tanınmış İslam alimləri iştirak ediblər.
Dünyanın müxtəlif ölkələrindən gələn toplantı iştirakçılarını salamlayan Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başkanı Ali Erbaş çıxışında bildirib ki, müharibələr, terror hərəkətləri, yoxsulluq bəşəriyyəti ciddi təhdid etməkdədir. İslamın nüfuzlu alimləri tez-tez müxtəlif qurum və təşkilatların toplantılarında bir araya gələrək müzakirələr aparır, çıxış yolları arayırlar. Ali Erbaş Türk Dövlətləri Dini Liderlərinin fəaliyyətini xüsusi qeyd edib, yeni yaranan Dünya İslam Alimləri Məşvərət Toplantısının da ciddi əhəmiyyətli bir platforma olacağına inamını ifadə edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam A.Paşazadə tədbirdə çıxış edərək fikirlərini bölüşüb. Bildirib ki, böhranlar və fəlakətlərlə səciyyələnən müasir dövrdə mənəvi birliyin önəmi danılmazdır.
Şeyxülislam A.Paşazadə çıxışında dünyada artan ksenofobiya, irqçilik təzahürlərinə toxunaraq, dini-mənəvi mühitimizə xarici müdaxilələrin, yad və zərərli təbliğatların, bu ölkələrdə ayrı-seçkiliyə və ya vətəndaş qarşıdurmalarına səbəb ola biləcək hər hansı ideoloji təxribatların, nifrət çağırışlarının narahatedici səviyyədə olduğunu vurğulayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
244
12
sherg.az

10Mənbələr